Son Yenilikler


Doktorantura və dissertanturaya qəbul planı açıqlandı...

2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzr

ətraflı oxu »

Doktorantura və dissertanturaya aparılacaq qəbul planı aç...

Təhsil Nazirliyinin hökümətə təqdim etdiyi qəbul planı dəyişməyib, Nazirlər Kabineti tərəfindən olduğu kimi tə

ətraflı oxu »

Magistratura 1.kurs tələbələri ilə oriyentasiya proqramı ...

Magistratura 1.kurs tələbələri ilə oriyentasiya proqramı keçirildi. Universitetimizdə 1.kurs tələbələrinə yö

ətraflı oxu »

Magistrlara şad xəbər...

Ali təhsil müəssisələrinin magistratura səviyyəsini bitirmiş gənclər ali təhsil müəssisələrində

ətraflı oxu »

Xoş gəlmişsiniz


Əziz tələbələr!

 

Qafqaz Universitetinin “Magistratura və doktorantura şöbəsi”nə xoş gəlmişsiniz.

 

Magistratura və doktorantura şöbəsi ali təhsilin magistratura və fəlsəfə doktoru üzrə doktorantura proqramları çərçivəsində yüksək ixtisaslı kadr hazırlığını təşkil edir, təhsil alanların müasir səviyyədə karyera inkişafı üçün tələb olunan bilik və qabiliyyətlərini artırmaq məqsədi ilə tədris prosesini həyata keçirir. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi-tədqiqat işlərindən ibarətdir.

Universitetimizdə magistratura pilləsində təhsil 2002/2003 tədris ilindən etibarən başladılmışdır. Hal-hazırda şöbədə tədris prosesi 20 ixtisas üzrə magistrlik dissertasiyası yazılmaqla dörd semestrlik magistr elmləri (Master of Science) proqramları və İT idarəetməsi üzrə MBA (Master of Business Administration) proqramı, dissertasiya yazılmadan üç semestrlik 2 MBA proqramları çərçivəsində təşkil edilir.

Universitetimizdə fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığı isə 2006/07 tədris ilindən etibarən başladılmışdır. Fəlsəfə doktoru proqramı tələbəni akademik həyata hazırlayır, ona kəşf etmə bacarığı aşılayır, onların elmi bilikləri toplamağı, saxlamağı və tətbiq etməyi bacaran bir mütəxəssis kimi püxtələşməsini nəzərdə tutur.

2011/12 tədris ilindən etibarən fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığı 11 ixtisas üzrə həyata keçirilir.

 

Əziz tələbələr,

 

Şöbəmizdə açılmış və bundan sonra açılacak yeni ixtisaslar üzrə tədris prosesinin yüksək səviyyədə  olabilməsi üçün bizimlə birlikdə sizlərin də böyük səy göstərəcəyğinizə inanıram. 2013-2014 tədris ilinin hamınıza xeyirli olmasını diləyir, həyatınızda müvəffəqiyyətlər, xoşbəxtlik və can sağlığı arzulayiram.

                                                                               Professor Xəlil İsmayılov
                                                                                        Şöbə müdiri

 

 

Xüsusi linklər